EN

Almaniyanın hərbi təyyarəsi hədəf alındı

Çin ordusu Almaniyaya məxsus hərbi təyyarəni lazer silahı ilə hədəfə alıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Almaniya hərbçilərini risk altında qoymaq və əməliyyatımıza mane olmaq tamamilə qəbuledilməzdir”, - Nazirliyin bəyanatında bildirilib.

Əlavə olaraq, Çin səfiri Almaniya XİN-ə çağırılıb.

Qeyd edək ki, Almaniya Aİ ölkələri tərəfindən keçirilən "ASPIDES" hərbi dəniz əməliyyatında iştirak edir.

Xəbər 2 dəfə oxunub.
Chosen
15
6
xezernews.az

7Sources