Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda 110 nəfər bağırsaq infeksiyası simptomları ilə xəstəxanaya çatdırılıb. Onların əksəriyyəti uşaqlardır.
Rayon başçısını vəzifələrini müvəqqəti icra edən Feyruddin Rəhimxanov zəhərlənmənin səbəbinin içməli su ola biləcəyini təsdiq edib. Xəstəlik halları Dağıstanın Məhərrəmkənd, Kuysun, Gilyar, Qaptsa və Yuxarı Tahirkənd yaşayış məntəqələrində də qeyd alınıb.
“Rospotrebnadzor” təşkilatının respublika idarəsinin məlumatına görə, infeksiyanın icmalı su yolu ilə yayılması təsdiqlənib. Hazırda epidemioloji təhqiqat aparılır. (AZƏRTAC)