EN

Ər-arvaddan birinin ölümü nəticəsində nikahın qeydə alına bilməməsi ilə bağlı qayda ləğv edilir

Bakı. Trend:

Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından"ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icrahakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyənedilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının"çıxarılması təklif edilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfatetməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydəalına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikahmünasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərəbaxır.

Qanun layihəsində yuxarıdakı maddənin ləğv edilməsi təklifolunur.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeydedilib ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatıQaydası"na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikahmünasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtıgöstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirəbilərlər.

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərindəolmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdəqeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikahmünasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən,nikah münasibətlərinin başlanması vaxtını göstərir.

Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikahmünasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıbər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdətutur.

Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zamankeçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərindəolma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindənbirinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımındanreal görünmür.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
11
24
az.trend.az

10Sources