EN

Azərbaycanın Serbiyaya təbii qaz satışından gəlirləri 11 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Serbiyaya 128,5 milyonkubmetr həcmində təbii qaz ixrac edib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldəolunan gəlir 66,6 milyon ABŞ dolları olub.

Serbiyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcmifadəsi ilə 111,7 milyon kubmetr və ya 7,6 dəfə, dəyər ifadəsi ilə60,6 milyon ABŞ dolları, yaxud da 11,1 dəfə artıb.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında AzərbaycandanSerbiyaya 16,8 milyon kubmetr həcmində, 6 milyon ABŞ dollarıdəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxaledilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk dörd ayındaAzərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyardkubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya,Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixracedilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Chosen
42
50
az.trend.az

10Sources