EN

Zəngəzur dəhlizi məsələsində Rusiya narahatdır - Oqtay Qasımov

Yazını böyüt
Yazını kiçilt

“Rusiya nəzarəti əlinə almaq istəyir. Bütün bunlar hamısı Rusiyanın əsrlərdən bəri davam edən neoimperialist, şovinist imperiya təfəkkürü ilə proseslərə yanaşmasıdır. Bu, həm də Rusiyanın özünə zərər verəcək”.

Bunu Hafta.az-a politoloq Oqtay Qasımov Moskvanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə qarşı sərt sanksiya hazırlaması ilə bağlı açıqlamasında bildirib.

O.Qasımov bildirib ki, Rusiya üçün təzyiq aləti keçmiş postsovet ölkələrində yaşayan rusdilli xalqların vəziyyəti, rus dilinin statusu ilə bağlı məsələlərdir. Rusiya hələ də o iddiadadır ki, keçmiş sovet respublikaları məkanında rus dili işlək dil olmalı, az qala ikinci dövlət dili statusunu almalıdır.

Rusiyada məlum qanun layihəsinin işlənməsi gözlənilirdi. Onun sözlərinə görə, əvvəlcədən məlum idi ki, Rusiya Ukraynada başlatdığı savaşda üstünlük qazanacaqsa, keçmiş sovet məkanında yerləşən ölkələrə, xüsusən Cənubi Qafqaza ciddi təzyiqlər etməyə başlayacaq:

“Son vaxtlar Rusiyada neoimperialist düşüncələr artmağa başlayıb. Artıq ekspertlər və müxtəlif siyasətçilər tərəfindən bu iddiaların səslənməsi göstərir ki, Rusiya yenidən keçmiş sovet respublikalarına təzyiq dalğasını başlatmaq istəyir. Qanun layihəsinin işlənməsinin səbəbi budur. Amma Rusiya unudur ki, bu ölkələr 35 ildir öz müstəqilliyini elan edib və müstəqil dövlət kimi yaşayırlar, bu dövlətlərə qaba davranmaq antirusiya ovqatını daha da gücləndirəcək. Rusiya ənənəvi vərdişlərindən əl çəkməsə, bu, Rusiyanın özü üçün də ciddi problemlər yaradacaq. Keçmiş sovet ölkələri ilə münasibətlərin korlanmasına gətirib çıxaracaq ki, bu da Rusiyanın təsir imkanlarının zəifləməsi üçün həlledici amil sayılacaq. Biz bunu son dövrlər Azərbaycana qarşı münasibətdə də görürük”.

O.Qasımov bildirib ki, Rusiyanın Cənubi Qafqazda Azərbaycana və Ermənistana təzyiqlərinin səbəbləri bəllidir:

“Çünki tərəflər sülh razılaşmasını müstəqil şəkildə əldə ediblər. Artıq Rusiyanın bu prosesdə hansısa şəkildə iştirakına gərək qalmayıb. Digər tərəfdən, Zəngəzur dəhlizi məsələsində Rusiya narahatdır”.

Chosen
37
hafta.az

1Sources