EN

Sabunçuda ev yanıb

Sabunçuda 6 otaqlı ev yanıb.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli mansarda tipli 6 otaqlı evin sahəsi 50 m² olan mətbəxində müxtəlif məişət avadanlıqları və 5 paq.m mətbəx mebeli yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 50 m² sahədə qarsalanıb və 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Chosen
22
17
sherg.az

10Sources