EN

Silva: Trampın BRICS tərəfdaşlarını rüsumlarla təhdid etməsi məsuliyyətsizlikdir

ABŞ Prezidenti Donald Trampın BRICS birliyinin tərəfdaşlarına qarşı gömrük rüsumları tətbiq etməklə bağlı təhdidləri məsuliyyətsiz və qeyri-ciddidir.

Bakues.az xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Rio-de-Janeyroda keçirilən BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“ABŞ kimi böyük bir ölkənin prezidentinin internetdə dünyanı təhdid etməsinin məsuliyyətli və ciddi addım olduğunu düşünmürəm. Hesab edirəm ki, bu, böyük səhv və məsuliyyətsiz qərardır”, – Braziliya lideri deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün “Social Truth” sosial şəbəkəsində etdiyi paylaşımda BRICS birliyinin tərəfdaşlarına qarşı əlavə 10% rüsum tətbiq edəcəyini açıqlayıb.

Chosen
28
1
icma.az

2Sources