EN

Abşeronda partlayış: Əraziyə 3 təcili tibbi yardım briqadası cəlb edildi

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İyulun 7-də saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən Trend-in soğusuna cavab olaraq bildirilib.

Məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
30
www.bakupost.az

10Sources