Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib. Biznesmen məhkəmə zalından azadlığa buraxılıb. Girovun ödənilməsi üçün son müddət 30 gün müəyyən edilib. Məhkəmə öncəsi dinləmə avqustun 26-na təyin olunub.

Qeyd edək ki, G.Ramişvili Gürcüstanın ən iri telekommunikasiya şirkəti olan “Silknet”in sahibidir. O, həmçinin “Euronews” telekanalının Gürcüstan nümayəndəliyinin təsisçisidir. Gürcüstanın Baş Prokurorluğunun G.Ramişviliyə qarşı irəli sürdüyü rəsmi ittihama əsasən, biznesmen odlu silahın qanunsuz daşınmasında ittiham olunur. Tbilisi aeroportunda biznesmenin əl yükündə aşkarlanmış silah onun adına qeydiyyatda olsa da, daşımaq hüququna malik olmayıb.