EN

Ağ Ev Trampın BRİKS-ə qarşı tənqidi mövqeyini izah etdi

ABŞ Prezidenti Donald Tramp BRİKS təşkilatını Amerikanın maraqları üçün təhlükə hesab edir. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı açıqlama verib.

“Ümumilikdə, Prezident hesab edir ki, BRİKS ABŞ-ın maraqlarını sarsıtmağa çalışır. O, beynəlxalq arenada Amerikaya ədalətli münasibət göstərilməsinə çalışacaq və digər ölkələrin ABŞ-dan və xalqımızdan öz maraqları üçün istifadə etməsinə imkan verməmək üçün bütün tədbirləri görəcək”, – deyə Levitt bildirib.

Qeyd edək ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) son illər çoxqütblü dünya nizamının təşviqində fəal iştirak edir ki, bu da ABŞ tərəfindən narahatlıqla qarşılanır.

//Samir Qurbanov, Editor.az

Chosen
26
26
editor.az

10Sources