EN

ABS Kiyevə yenidən hərbi yardım etmək məcburiyyətindədir



Birləşmiş Ştatlar yenidən Ukraynanı silahlandırmaq niyyətindədir. Hər halda ötən gün ABŞ prezidenti Donald Trampın Ukraynaya yeni raket sistemlərinin verilməsi mümkünlüyü barədə açıqlaması belə deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, ABS Kiyevə yenidən hərbi və digər məsələlərdə yardım etmək məcburiyyətindədir və bu səbəbdən raketlərin Ukraynaya verilməsi, artıq Rusiyaya ağlını başına yığ, mesajı vermək deməkdir:

"Bununla yanaşı ABŞ prioritet olaraq atəşkəs rejimi ilə bağlı və danışıqlar prosesinin davam etdirilməsi prosesini də gündəmdə saxlayır. Bu da o anlama gəlir ki, ABŞ Ukraynaya hərbi yardımları, Rusiyanı cəzalandırmaq üçün yox, onu atəşkəsə və danışıqlar masasına oturtmaq üçün edir".

Anar Əliyev
Chosen
20
40
newscenter.az

10Sources