"Rusiyada yaşayan soydaşlarımız ölkənin istər, iqtisadi, istər mədəni, istərsə də elmi inkişafında mühüm rol oynayırlar. Xüsusilə, demoqrafik böhran fonunda ailə dəyərləri üst səviyyədə olan azərbaycanlılara qarşı mənfi münasibət Moskvanın xeyrinə deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə bir müddət əvvəl gərginləşən Rusiya-Azərbaycan münasibətlərində müşahidə edilən səngiməyə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Şərq ölkələri ilə əlaqələrin Rusiya üçün hansı dərəcə əhəmiyyət kəsb etdiyini nəzərə aldıqda Azərbaycanın coğrafi mövqeyi hər şeyi aydınlığı ilə əks etdirir:
"Hesab edirəm ki, rus siyasi elitası da bunun fərqindədir və anti-Azərbaycan ritorikasının fayda vermədiyini başa düşərək daha da dərin çatlar yaranmadan gərginliyi azaltmaq istəyirlər".
Süleyman