EN

Şok iddia: Osimhen “Qalatasaray”la razılaşdı

“Napoli”nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhen Türkiyənin “Qalatasaray” klubuna daimi olaraq keçməyə yaxındır.

Publika.az xəbər verir ki, jurnalist Yağız Sabunçuoğlunun “X” sosial şəbəkəsində verdiyi məlumata görə, futbolçu İstanbul komandası ilə uzunmüddətli müqaviləyə razılaşıb.

Mənbənin məlumatına görə, tərəflər 3 illik müqaviləni bir mövsüm uzatmaq imkanı ilə razılaşıblar. Daha əvvəl “Qalatasaray”ın hücumçunun hüquqlarını “Napoli”dən almaq istədiyi bildirilirdi. Türkiyə klubu artıq 50 milyon avroluq təklif göndərib, daha 5 milyon avro isə bonus olaraq nəzərdə tutulub, lakin İtaliya çempionu daha çox almaq istəyir.

Chosen
20
50
publika.az

10Sources