EN

Niderlandın F-35 qırıcıları Polşada Ukraynaya yardımı qoruyacaq

2025-ci ilin sentyabr ayından etibarən Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcıları Polşa üzərində NATO hava məkanını patrul edəcək. Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, bu addım NATO-nun şərq cinahını qorumaq və Rusiyanı çəkindirmək məqsədi daşıyır. Eyni zamanda Ukraynaya hərbi yardımın çatdırıldığı əsas logistika xəttinin təhlükəsizliyinin təmin edilməsi vacibdir.

Brekelmans əlavə edib ki, Norveç də Polşada öz qırıcı təyyarələrini yerləşdirəcək.

//Samir Qurbanov, Editor.az

Chosen
35
50
editor.az

10Sources