EN

Bakıda kanalizasiyaya düşən şəxsə görə etiraz: "Altı təzək, üstü bəzək"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bakıda yoldan keçən bir sakinin ayağı altındakı asfaltın çökməsi nəticəsində kanalizasiya kollektoruna düşüb ölməsi sosial mediada böyük müzakirəyə səbəb olub.

Sosial mediada istifadəçilər aidiyyatı qurumları öz işlərini görməməkdə ittiham edirlər.

Diqqət: Videoda sarsıdıcı görüntülər var.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Hadisə iyunun 26-da baş verib.

Sosial mediada yayılan videoda görünür ki, yoldan keçən gənc bir kişinin ayağı altında asfalt çökür və o, boşluğa düşür. İki gün axtarışdan sonra onun meyiti Hövsanda tapılır.

Yerli media yazır ki, 27 yaşlı gənc səhlənkarlığın, aidiyyatlı qurumların öz işini keyfiyyətsiz görməsinin qurbanı olub.

Kollektora nəzarət edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə ərazidəki sahibkarları günahlandırıb ki, kanalizasiya quyuları onların ərazidə tikdiyi mağazaların altında qalıb, xəbərdarlığa bağmayaraq, ərazi boşaldılmayıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Qurum iddia edib ki, bu da kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

Sahibkarlar isə yerli mediaya deyiblər ki,

Hadisə ilə bağlı Baş Prokurorluq cinayət işi açıb.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Chosen
5
4
bbc.com

10Sources