EN

Lavrov: NATO-da fikir ayrılıqları dərinləşir

NATO-da fikir ayrılıqları artır və “gəmidə yüngül üsyan” yetişməkdədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində iştirakı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

Rusiya XİN rəhbəri qeyd edib ki, NATO-nun genişlənməsi nə alyans üzvlərinə, nə də digər tərəflərə fayda gətirib.

“Orada fikir ayrılıqları dərinləşir, belə demək mümkünsə, ‘gəmidə yüngül üsyan’ formalaşır. Çünki getdikcə daha çox ölkə ideoloji çərçivələrlə deyil, öz milli maraqları ilə hərəkət etmək istəyir,” – deyə Lavrov vurğulayıb.

Chosen
26
50
nocomment.az

10Sources