EN

"Mançester Siti" onun üçün 93 milyon ayırmağa hazırlaşır

"Mançester Siti" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın “Football Insider"ə istinadən yaydığı xəbərə görə, klubun əsas transfer hədəflərindən biri "Nyukasl"ın sağ cinah müdafiəçisi Tino Livramentodur.

"Nyukasl" 22 yaşlı futbolçunu yalnız 93 milyon avro təklif olunduğu halda satmağa razı olacaq. Bununla belə, komandanın baş məşqçisi Eddi Hau Livramentonun komandada qalmasını istəyir və onun ayrılmasına qarşıdır.

İki mövsümdür "Nyukasl"ın formasını geyinən Livramento bu müddətdə 80 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Chosen
27
18
90deqiqe.az

10Sources