EN

Ərdoğan onu məhkəməyə verdi – 500 min təzminat tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində onu təhqir etməkdə ittiham edərək məhkəməyə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısının vəkili Hüseyn Aydın sosial şəbəkə “X”də məlumat verib.

Onun sözlərinə görə, Ankaranın birinci instansiya mülki məhkəməsinə mənəvi zərərin ödənilməsi üçün 500 min lirə məbləğində iddia qaldırılıb.

Qeyd olunur ki, Özgür Özəl həmin gün Antalya, Adana, Adıyaman və Manavgatın bələdiyyə sədrlərinin saxlanılması fonunda Ərdoğanı “diktator” adlandırıb. Şəhər rəhbərləri korrupsiya işi ilə bağlı saxlanılıblar.

Ərdoğan isə açıqlamasında Türkiyə müxalifətini “cinayətləri ört-basdır etməyə və təqsirliləri müdafiə etməyə cəhd göstərməkdə” ittiham edib.

Chosen
30
25
nocomment.az

10Sources