EN

Rusiyada general saxlanıldı

Rusiya Milli Qvardiyası (Rosqvardiya) direktorunun keçmiş birinci müavini, general-polkovnik Viktor Striqunov saxlanılıb.

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə dair cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.

Qey edilir ki, Striqunov Sibir dairəsində poliqon tikintisi zamanı səlahiyyətlərindən sui-istifadə edib.

O, rüşvətxorluqda da ittiham olunur. 2012-2014-cü illərdə Striqunovun tikinti işləri üçün milyonlarla dollarlıq dövlət müqavilələrinin icrası zamanı ümumi himayədarlıq üçün kommersiya təşkilatlarının nümayəndələrindən 66 milyon rubldan çox (1.4 milyon manat - red.) rüşvət aldığı bildirilir.

Striqunov Moskva şəhərində saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Chosen
2
31
modern.az

10Sources