Filadelfiyanın Grays Ferry məhəlləsində kütləvi atışma nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bakues.az “CBS News”a istinadən xəbər verir ki, Filadelfiya polis komissarı Kevin Bethel atışmanın Cənub 27-ci küçənin 1500-cü məhəlləsində baş verdiyini bildirib.
Polis doqquz qurbanın Penn Presbyterian Tibb Mərkəzinə, daha üç nəfərin isə Filadelfiya Uşaq Xəstəxanasına aparıldığını bildirib. Daha bir qurban Pensilvaniya Universitetinin Pavilion Kampusunun Xəstəxanasına daxil olub. Bethel bildirib ki, qurbanlardan ən azı səkkizi polis tərəfindən aparılıb.
Yaralananlardan ikisi yeniyetmədir.