Tehran ABŞ-la danışıqları bərpa etməyə hazırdır, lakin bu məsələdə əsas problem etimad çatışmazlığıdır.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Biz danışıqların bərpasında problem görmürük. Bu proseslə bağlı müəyyən şərtlər var. ABŞ-a necə yenidən etibar edə bilərik? Əgər danışıqlara qayıtsaq, İsrailin bizi bir daha vurmasına icazə verilməyəcəyinə necə əmin ola bilərik?”.