EN

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı, 7 iyul, AZƏRTAC

Paytaxtın Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7 min 980 manat dəyərində ehtiyat hissələri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb.

Rayon ərazisində yerləşən mağazaların birindən 1170 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 63 yaşlı Ş.İmanquliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Chosen
3
39
azertag.az

10Sources