Türkiyə rezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəl qarşı 500 min TL-lik mülki iddia qaldırıb. Ötən gün artıq Özəl haqqında istintaq başladılıb. CHP sədri Özgür Özəl CHP bələdiyyələrinə qarşı əməliyyatlardan sonra verdiyi açıqlamalara görə məhkəməyə verilib.
Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın mənəvi təzminat üçün 500 min TL iddia qaldırdıqlarını açıqlayıb. Vəkil Hüseyn Aydın bildirib ki, “CHP sədri Özgür Özəlin 5 iyulda Mərkəzi İcraiyyə Komitəsinin iclasından sonra mətbuata açıqlamasında prezidentimizi hədəf alan əsassız ittihamlar, təhqiramiz ifadələr və təhdid dolu ifadələrə görə Ankara Asliye Məhkəməsində 500 min TL mənəvi təzminat iddiası qaldırılıb. Prokurorluq, TCK-nın 310/2 maddəsi ilə prezidenti təhqir və təhdid etmə cinayətiylə iş başladıb"
Surxay Əliyev