EN

Filmlərin istehsalı üçün xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqləndi

Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqlənib.
Sherg.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Bu Qaydalar “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılacaq.

Qaydalar qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə şamil
edilir:
- film;
- reklam;
- televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);
- internet video oyunları.
- Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür.

- Bu Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:

- bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş əsas şərtlərə cavab verdikdə, filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin (bundan sonra - çəkilmiş xərclər) 25 faizi məbləğində;

- bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının (bundan sonra - əlavə mədəniyyət meyarları) azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.

Janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1000000 (bir milyon) ABŞ dolları təşkil edir.

Ödəniş ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.
Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.

Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.

Aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:
- filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycan Respublikasında çəkdiyi
təsdiqlənmiş xərclərinin minimum məbləği aşağıdakı kimi olmalıdır:
-bədii filmlər üçün - 200000 (iki yüz min) ABŞ dolları;
- sənədli filmlər üçün - 50000 (əlli min) ABŞ dolları;
- animasiya filmləri üçün - 100000 (yüz min) ABŞ dolları;
- çoxseriyalı film üçün (bir seriyaya görə) - 70000 (yetmiş min) ABŞ dolları;
-televiziya şouları üçün - 100000 (yüz min) ABŞ dolları;
- reklam üçün - 30000 (otuz min) ABŞ dolları;
-internet video oyunları üçün - 30000 (otuz min) ABŞ dolları;
-yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70000 (yetmiş min) ABŞ dolları;
Chosen
3
8
sherg.az

10Sources