EN

Qızıl bazarında ucuzlaşma var QİYMƏTLƏR

ain.az, Metbuat saytına istinadən bildirir.

Hazırda Məhərrəm ayının davam etməsi ilə əlaqədar olaraq ölkədə toy mərasimlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu da təbii ki, qızıl bazarına da təsirsiz ötüşmür. Bəs hazırda qızıl qiymətləri necədir?

Qızıl mağazalarından birinin sahibi Nadir Ağaverdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Məhərrəm ayı ilə əlaqədar toy üçün satışa çıxarılan komplekt polkalarında əsas alver müşahidə olunmur.

Onun sözlərinə görə, ümumilikdə qızıl bazarında zəifləmə var:

“Qiymətlər nisbətən durğundur və birjada da aktivlik müşahidə olunmur, yalnız cüzi enmə və qalxmalar baş verir. Ümumiyyətlə, son bir ayda qızılın qiymətində nisbətən ucuzlaşma müşahidə olunur. Hazırda 585 əyar qızılın qiyməti modeldən asılı olaraq 115–138 manat, 750 əyar qızılın qiyməti isə 145–178 manat arasında dəyişir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
20
metbuat.az

10Sources