EN

Britaniyalı FİA-dan qovuldu: Yerinə Anar Ələkbərov gətirildi

FİA prezidenti Məhəmməd Ben Sulayem Britaniya nümayəndəsi və Kral Avtomobil Klubunun vitse-prezidenti Ben Kassonu FİA Senatındakı vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Britaniyalı FIA Senatının kreslosunu üç il yarım tutub. Onu azərbaycanlı Anar Ələkbərov əvəzləyib.

Bir vaxtlar Kasson Ben Sulayemin FIA prezidentliyinə namizədliyini fəal şəkildə dəstəkləyib. Ələkbərov Sulayemin və onun müttəfiqinin tərəfdarı kimi tanınır. Kasson işdən çıxarılmasını izah edilməsi ilə bağlı Ben Sulayemə məktub yazıb, lakin heç bir cavab almayıb.

Chosen
9
47
publika.az

10Sources