EN

Ronaldo Rodriqes, İbrahim Əliyev və İmam Əli “İmişli”də

Yeni mövsümdə Premyer Liqada çıxış edəcək “İmişli” heyətini 3 yeni futbolçu – Ronaldo Rodriqes, İbrahim Əliyev və İmam Əli ilə gücləndirib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi braziliyalı Ronaldo Rodriqes de Souza ilə 1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu mərkəz müdafiəçisidir. O, karyerası ərzində “Alverka”, “Borneo”, “Anadiya”, “Sportinq” (U-23), “Kruzeyro” kimi klublarda çıxış edib. “İmişli”nin yeni müdafiəçisi vaxtilə Braziliyanın U-17 yığmasında da forma geyinib.

Əyalət klubu keçmiş hücumçusu İbrahim Əliyevi də geri qaytarıb. Son olaraq MOİK-də çıxış etmiş 25 yaşlı forvardla da 1 illik müqavilə imzalanıb. Əliyev 2024-cü ildə də bu komandanın formasını geyinib. Azərbaycanlı hücumçu daha öncə “Qarabağ” (U-19), “Şamaxı” (əvəzedicilər), “Sumqayıt”, “Zaqatal”, “İrəvan”, “Turan Tovuz” kimi komandalarda da oynayıb.

İmam Əli ilə qapıçıdır. Gənc qolkiperlə müqavilənin müddəti 2025/2026-cı illər mövsümünü əhatə edəcək. O, yeni komandasında üçüncü qapıçı kimi təcrübə qazanmağa çalışacaq.

Xatırladaq ki, “İmişli” daha öncə Azər Salahlını da heyətinə qatmışdı. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov əyalət klubunu tərk ediblər. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərov isə yeni müqaviləyə imza atıblar.

Chosen
21
7
arena.az

10Sources