EN

Səhnədə şok anlar! Dron müğənninin başına dəydi  

Antalyanın Kumluca şəhərində keçirilən Beynəlxalq Baysıfest-in yekun konsertində maraqlı hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, TRT-nin sənətçisi Nurcan Altınokun səhnədə çıxışı zamanı başına iş gəlib. Belə ki, dron səhnəyə yaxınlaşaraq sənətçinin başına dəyib. Panika yaşayan Altınok konsertini fasiləsiz davam etdirib.

Altınok hadisədən heç bir xəsarət almadan xilas olub və "Sürücülük vəsiqəsini alın" sözləri ilə izləyənləri güldürüb. Altınok daha sonra konsertinə qaldığı yerdən davam edib.

Könül
Musavat.com

Chosen
13
3
musavat.com

10Sources