EN

Qətərdə keçirilən atəşkəs danışıqlarında irəliləyiş yoxdur

BAKI, TurkicWorld

Dohada keçirilən dolayı HƏMAS–İsrail danışıqlarının ilk mərhələsi nəticəsiz başa çatıb.

TurkicWorld xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən dolayı HƏMAS–İsrail atəşkəs danışıqlarının birinci iclası razılaşmasız başa çatıb.

Adı açıqlanmayan fələstinli mənbələrin bildirdiyinə görə, İsrail nümayəndə heyəti razılıq əldə etmək üçün kifayət qədər səlahiyyətə malik olmayıb. Görüş ABŞ prezidenti Donald Trampın İsrailin 60 günlük atəşkəs planını qəbul etdiyini açıqlamasından sonra baş tutub. İsrailin baş naziri Benyamin Netanyahu isə danışıqlardan əvvəl verdiyi açıqlamada nümayəndə heyətinin açıq təlimatlarla Dohaya göndərildiyini bildirmişdi.

Qeyd edək ki, danışıqlar Trampın prezident kimi Ağ Evin üçüncü dəfə qonağı olacaq Netanyahu ilə görüşündən əvvəl keçirilir. Prosesin davam edib-etməyəcəyi hələlik məlum deyil.

Chosen
11
9
turkic.world

10Sources