Bakı. Trend:
7 iyul 2025-ci il tarixində ADA Universitetində “Azərbaycanınxarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər vəçağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərininIX müşavirəsinin açılış mərasimi baş tutub.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, açılış mərasimində ADA Universitetinin rektoruHafiz Paşayev, Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi −Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
Çıxışlar zamanı Azərbaycan xarici siyasətinin bir sıraistiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji,mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcəkplanlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcudvəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlilolunub.
İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyiningenişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xaricisiyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlimdiplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar müzakirəolunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azadolunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuqişləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhsolunub, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədənölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş əraziiddialarının aradan qaldırılmasının vacibliyi qeyd edilib.
7-9 iyul tarixlərində davam edəcək müşavirə çərçivəsindəikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerjidiplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar vəmədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xaricisiyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalqmüqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmətorqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsrolunan panel sessiyalarının təşkili nəzərdə tutulur.
9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarıəməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndişəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək.