EN

1 ton tənək yarpağı oğurlanıb: Gecə gündüz növbə tutulur

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Tokat vilayətində 4 kənd bağ yaprağı oğurluqları səbəbilə çətin günlər yaşayır. 

Sherg.az xəbər veürir ki, mövsümdə təxminən 1 ton Tokat üzüm yarpağı oğurlanıb.  Büyükyıldız, Emirseyit, Necip və Kat kəndlərindən oğurluq xəbərləri gəlib.

Fermer Alaettin Öncü deyib: "Bağımıza gəldik, yarpaqlar toplanmışdı. 800 kq yarpaq oğurlanıb."  Şükrü Can: “Bağım darmadağın edilib. Üzümlərin üstünü açıb zərər veriblər.”

Kənd sakinləri indi gecə-gündüz növbə ilə bağlarını qoruyur və hadisə ilk dəfə baş verdiyi üçün təhlükə və qorxu içində olduqlarını bildirirlər.

Oğurluq halları barədə jandarmaya məlumat verilib, lakin oğrular hələ tapılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
4
sherg.az

3Sources