TBİLİSİ, 7 iyul. TELEQRAF
“Avropa İttifaqının Gürcüstandakı səfirlyinin maliyyələşdirdiyi təşkilatlar qarşıdan gələn yerli seçkiləri pozmağa çalışırlar”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın Mərkəzi Seçki Komissiyasına hücum edən QHT-lər Aİ-nin büdcəsindən maliyyələşmələr alırlar.
“Hər bir halda biz seçkiləri pozmağa hazırlaşan təşkilatı və donoru birbaşa ifşa edəcəyik, belə ki, bu, beynəlxalq hüququn pozulmasıdır”, - Ş.Papuaşvili söyləyib.
Qeyd edək ki, Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər oktyabrın 4-də keçiriləcək. Seçicilər 64 bələdiyyə üzrə mer və yerli idarəetmə orqanlarına üzvləri seçəcəklər.