EN

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat təsdiqlənib

Bakı. Trend:

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqındaTəlimat” təsdiqlənib.

Trend xəbərverir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyəmüşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Təlimat Bələdiyyələrlə iş baş idarəsinin(bundan sonra - Baş idarə) və regional ədliyyə idarələrinin (bundansonra - İdarə) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı(bundan sonra - inzibati nəzarət) vəzifələrinin icrası qaydalarınımüəyyən edir.

İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuşqaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməlolunması baxımından həyata keçirilir.

İnzibati nəzarət, həmçinin qanunvericilik və icra hakimiyyətləritərəfindən Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə uyğunolaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətinƏdliyyə Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edildiyihallarda da həyata keçirilir.

İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləriqanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnuməhdudlaşdıra bilməz.

İnzibati nəzarət həyata keçirilərkən Baş idarə və İdarətərəfindən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanundanəzərdə tutulan məqsədə mütənasib olmalıdır.

Bələdiyyələrin müvafiq komissiyaları və seçicilərqanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyatakeçirilməsinə cəlb edilə bilərlər. İnzibati nəzarətin həyatakeçirilməsi zamanı zərurət yarandıqda Baş idarənin və ya İdarəninrəisi tərəfindən ekspertlər və mütəxəssislər araşdırmaya cəlb ediləbilərlər.

İnzibati nəzarət üzrə kargüzarlıq işi müvafiq qanunvericiliyəuyğun olaraq aparılır.

Təlimatla geniş şəkildə bu linkdəntanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, qərar iyunun 30-da qəbul olunub vəHüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyulun 1-dənqüvvəyə minib.

Chosen
4
39
az.trend.az

10Sources