Bakı. Trend:
İyulun 08-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-əverilənməlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.
Lakin 07-dən 08-nə keçən gecə yarımadanın bəzi yerlərindəqısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərbküləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasənyağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlardaarabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrıyerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyiehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturugecə 20-24° isti, gündüz 30-35° isti,dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.