Kulis.azGünel Novruzun“Xilaskar qadın”ı gözləyən bəzi kişilər...” adlıyeni yazısını təqdimedir.
Dastanlarımızda, nağıllarımızda güclü qəhrəmanlar təsvir olunub. Onları, adətən, xaosu nizama salan,çatışmazlıqları aradan qaldıran, problemləri həll edən obrazlar kimi tanıyırıq. Deyəsən, zaman keçdikcə, bu obrazlar elə ancaq nağıl qəhrəmanları olaraq qalacaqlar.
Günümüzün reallığında isəbəzi kişilər heç nə üçün məsuliyyət daşımamağa qərar verirlər. Belə kişilərnaməlum “xilaskar”ı- hansısa nağıldan çıxıb onların problemlərini həll edəcək, onları dardan qurtaracaq birini gözləməyə başlayıblar...
Bəli, bəzi reallıqlar var - müasir cəmiyyət sürətlə dəyişir, qadınların sosial və iqtisadi fəallığı artıb, ənənəvi ailə strukturunda çökmələr var – Azərbaycandakı son statistikaya görə, az qala hər iki ailədən biri boşanır. Bütün bunların fonunda bəzi kişilər təşəbbüs göstərib problemlərin həlliüçün qolunu çirmələyib həll yolu axtarmaqdansa, az qala “ağ atlı şahzadə” gözləyirlər.Bu, bəzən ideal bir qadın, bəzən də hər hansı bir “xilaskar” obrazıdır. Və insan nə qədər gözləyirsə, bir o qədər az hərəkət edir, daha az təşəbbüs göstərir.
Nəticədə isə getdikcə özünü dəyərsiz, köməksiz və təcrid olunmuş hiss edir. Qarşısında duran çətinlikləri özü həll etmək gücünü tapmayanda məsuliyyəti başqasına “yükləyir”.Ancaq bu “başqasının” gəlib hər şeyi düzəltməsi nadir və çox vaxt xəyali olur. Hansısa bir qadın gəlib “xilas” etsə belə, kişi o qadının gözündən gec-tez düşəcəyinianlamalıdır...
Keçmiş zamanlarda kişi sadəcə ailənin təminatçısı deyil, həm də dəyər və güc mənbəyi sayılırdı. Qadınları boşanma təşəbbüskarlığında qınayan bəzi kişilər həmin o nostalji ilə xatırladıqları "dəyər"i ailədə görmək istəyirlərsə, şikayətlənərək, ümidsizliklə sızıldayaraq “xilaskar” gözləməyi buraxıb özləri “xilaskar” roluna keçməlidir.
Həqiqət budur ki, “xilaskar” əslində kənarda deyil, kişinin öz daxili dünyasındakı rollar arasında bir yerdədir. Özünü ələ alıb, üstündən ətaləti atıb o rolunu “diriltməli”, öz gücünə sahib çıxmalıdır.
Dünyanı dəyişməyinizi gözləmirik, elə özünüzü, gözləntilərinizidəyişməyə başlasanız, yetərlidir...