EN

Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".


ABŞ prezidenti Donald Tramp bildirib ki, BRİKS inkişaf etməkdə olan ölkələr qrupunun “Amerikaya qarşı siyasətlər”inə qoşulan hər hansı ölkəyə əlavə olaraq 10% tarif tətbiq ediləcək. baki-xeber.com- un məlumatına görə,qrupun liderləri bazar günü Braziliyada sammitə start veriblər. G7 və G20 kimi əsas iqtisadi forumlar ABŞ prezidentinin “Əvvəl Amerika” yanaşması və müxtəlif fikir ayrılıqları səbəbindən iflic olduğu bir vaxtda, BRİKS özünü ticarət müharibələri və zorakı münaqişələr fonunda çoxtərəfli diplomatiya üçün bir sığınacaq kimi təqdim edir.

Bazar günü Rio-de-Janeyroda keçirilən BRİKS sammitinin açılışında yayılan birgə bəyanatda qrup tariflərin artmasının qlobal ticarətə təhlükə yaratdığını bildirib və Trampın tarif siyasətinə üstüörtülü tənqidini davam etdirib. Bundan bir neçə saat sonra Tramp BRİKS-lə əməkdaşlıq etməyə çalışan ölkələri cəzalandıracağı barədə xəbərdarlıq edib.

“BRİKS-in Amerikaya qarşı siyasətlərinə qoşulan hər hansı ölkəyə ƏLAVƏ 10% TARİF tətbiq ediləcək. Bu siyasətə heç bir istisna olmayacaq. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm!” – Tramp Truth Social platformasında yazıb. O, paylaşımında “Amerikaya qarşı siyasətlər” ifadəsinə aydınlıq gətirməyib. Trampın administrasiyası iyulun 9-na qədər çoxsaylı ölkələrlə geniş ticarət razılaşmalarını yekunlaşdırmağa çalışır. Həmin tarixdən sonra əhəmiyyətli “qarşılıq tarifləri” qüvvəyə minə bilər.

Nərgiz QƏHRƏMANOVA
Azərbaycan Universitetinin
Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəsi

Chosen
7
20
baki-xeber.com

10Sources