EN

“PAŞA Bank”ın dəstəyilə “Sindikativ kreditlər” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ındəstəyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığıilə “Sindikativ kreditlər” mövzusuna həsr edilmiş konfranskeçirilib.

Bakıda 4 iyul 2025-ci il tarixində baş tutan tədbirdə AzərbaycanRespublikasının Mərkəzi Bankının, ABA-nın, İqtisadiyyat Nazirliyiyanında Biznesin İnkişafı Fondunun, “PASHA Holding”in, “PAŞABank”ın, “AZƏRMAŞ” ASC-nin, bir sıra digər bankların və sığortaşirkətlərinin təmsilçiləri bir araya gəlib. İştirakçılar sindikativkredit mexanizminin funksionallığı, bizneslərin maliyyəehtiyaclarının daha effektiv şəkildə təmin olunması, eləcə dərisklərin bir neçə maliyyə institutu arasında bölüşdürülməsiimkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Bununla yanaşı, bumaliyyə alətinin şirkətlərin kapital bazarına çıxışını necəgenişləndirdiyi, maliyyə dayanıqlılığını artırdığı və ümumilikdəbiznesin inkişaf potensialına necə töhfə verdiyi müzakirə edilib.Tədbir çərçivəsində keçirilən panel müzakirəsi zamanı sindikativkreditləşmənin müxtəlif requlyativ və hüquqi aspektlərinə aydınlıqgətirilib.

Tədbirə qatılan 100-ə yaxın iştirakçı Azərbaycanda sindikativkreditlərin tətbiqinin genişləndirilməsi üçün birgə səylərinartırılmasının zəruriliyini qeyd ediblər. “PAŞA Bank” isə buprosesdə dəstəyini davam etdirməyə və yerli biznesin dayanıqlımaliyyələşməsinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.Konfrans həm yeni əməkdaşlıq platforması, həm də ölkəiqtisadiyyatının inkişafına töhfə verəcək strateji maliyyə alətinintəşviqi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilib.

“PAŞA Bank” sindikat kreditləşməsi və alternativ maliyyələşməimkanlarını təşviq edən təşəbbüslərlə çıxış edərək, müştərilərinədaha əlçatan və effektiv maliyyə həlləri təqdim etməyə davam edir.Bank həmçinin, innovativ maliyyə məhsulları və xidmətləri ilə yerlibiznesin rəqabət qabiliyyətinin artırılmasına, iqtisadiyyatındayanıqlı inkişafına və ölkənin maliyyə sektorunun beynəlxalqsəviyyədə möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdəBank gələcəkdə də əməkdaşlıq və inkişaf proqramlarınıgenişləndirərək, həm sahibkarların, həm də investorlarınehtiyaclarına cavab verən etibarlı tərəfdaş olaraq fəaliyyətinidavam etdirəcək.

Chosen
17
50
az.trend.az

10Sources