EN

Zelenski: Rusiyanın hücumu nəticəsində 27 nəfər yaralandı

BAKI, 7 iyul. TELEQRAF

Ukraynanın Donetsk və Dnipro bölgələrində gecə saatlarından səhərə qədər təcili xilasetmə əməliyyatları həyata keçirilib. Rusiya 101 pilotsuz uçuş aparatı ilə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında paylaşım edilib.

Hadisə nəticəsində 27 nəfər xəsarət alıb, onlardan üçü uşaqdır Odessa şəhərində isəbir nəfər həyatını itirib.

Məlumata görə, Rusiya Ukraynaya qarşı 101 pilotsuz uçuş aparatı ilə hücum təşkil edib. Onların əksəriyyəti Rusiya-İran istehsalı olan "Şahed" tipli dronlardır.

Zelenski qeyd edib ki, son bir həftə ərzində Ukraynaya qarşı təxminən 1 270 dron, 39 raket və minə yaxın idarəolunan bomba ilə hücum edilib.

Chosen
22
49
teleqraf.com

10Sources