Olaylar.az xəbər verir ki, bunu türkiyəli politoloq və Ankara -Moskva analitik şəbəkəsinin eksperti Engin Özer RİA Novosti agentliyinə açıqlamasında bildirib.
O xatırladıb ki, Türkiyə Ukraynaya pilotsuz uçan aparatları tədarük etməyə başlayan ilk ölkələrdən olub:
"Baykar" şirkəti artıq Ukrayna ərazisində onların istehsalı üçün zavod tikir. Ankara NATO üzvü olan dövlət üçün mümkün qədər neytral qalmağa çalışır. Lakin indiki şəraitdə onun Ukraynaya hərbi yardımda iştirakı münaqişənin digər tərəflərinin etimadını sarsıda bilər".
Özer əlavə edib ki, İstanbulda başlayan danışıqlar prosesi öz missiyasını effektiv şəkildə başa vurub:
"Tədricən yerini digər məkanlara, xüsusən də, ABŞ-ın fəal şəkildə dəstəklədiyi Səudiyyə Ərəbistanına verir".
Qeyd edək ki, Latviya Müdafiə Nazirliyi Türkiyə və Belçikanın Ukraynaya pilotsuz təyyarələrin tədarükü təşəbbüsünə qoşulduğunu bildirib. Hazırda koalisiyaya Böyük Britaniya, Fransa, Almaniya, Kanada və digər NATO dövlətləri də daxil olmaqla 20 ölkə daxildir.