EN

Sumqayıtda “Kod adı: Çerkası” adlı intellektual-əyləncəli oyun keçiriləcək

Sumqayıt və Ukraynanın Çerkası şəhəri arasında qardaşlığa həsr olunmuş bu oyun iştirakçılara əyləncəli və maraqlı vaxt keçirməsi məqsədilə təşkil olunacaq. Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq tədbir saat 10:00-da başlayacaq.

İştirakçıları “HedaCore” tərəfindən hazırlanmış 6 unikal turdan ibarət, fərqli formatda maraqlı və inteqrativ intellektual oyun gözləyir. Bu oyun nə NHN, nə Breyn-Rinq, nə də Xəmsə formatındadır – müxtəlif modellərin qarışığı olan yeni və maraqlı bir format təqdim olunur.

Oyun hər kəs üçün açıqdır və iştirak üçün xüsusi bilik tələb olunmur. Sadəcə 3-6 nəfərlik komanda yaratmaq kifayətdir. Komandası olmayan iştirakçılar üçün təşkilatçılar komanda formalaşdırmağa yardım edəcəklər.

İştirak haqqı: Komanda üçün cəmi 12 manatdır.

Mükafat: Toplanan oyun fondunun 70%-i qalib komandaya təqdim olunacaq.

Qeydiyyat üçün son tarix: 17 iyul 2025, saat 12:00

Qeydiyyat linkləri:

Komanda ilə: https://forms.gle/9YW8FmVwpj7sk1jj6
Fərdi iştirak: https://forms.gle/TNMqyiTqKUDfhdjr5

Chosen
3
12
tribunainfo.az

10Sources