EN

Mançester Yunayted kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Mançester Yunayted" "Palmeyras"ın kolumbiyalı yarımmüdafiəçisi Riçard Riosla ciddi maraqlanır.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Alfredo Pedulla yayıb.

Mənbənin məlumatına görə, "mankunianlılar" uzun müddətdir ki, 25 yaşlı futbolçunun çıxışlarını izləyirlər və onu "Atalanta"lı Edersona alternativ hesab edirlər. Belə ki, Riosu gətirmək daha ucuz başa gələcək. Transfer 20-25 milyon avro dəyərində qiymətləndirilir.

Riçard Rios bu mövsüm 35 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Klublararası dünya çempionatında o, 5 oyunda 2 məhsuldar ötürmə əlavə edərək "Palmeyras"ın 1/4 finala yüksəlməsinə kömək edib.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
50
fanat.az

10Sources