"Real Madrid"in hücumçusu Kilyan Mbappe bir mövsümdə 7 fərqli yarışda qol vuraraq klub rekorduna imza atıb.
Operativ Media xəbər verir ki, bu haqda "Stats Foot" məlumat yayıb.
İyulun 5-də fransalı hücumçu klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sına (3:2) qol vuraraq, turnirdə ilk qolunu vurub.
Mbappe bundan əvvəl də 2024/25 mövsümündə İspaniya La Liqası, Kral Kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası Kubokda qol vurub.
Mbappe 2024-cü ilin yayında "Real Madrid"ə keçib. PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi qoşulub.