EN

Kir Starmerin reytinqi ən aşağı səviyyəyə düşdü

Kir

Böyük Britaniyanın Baş naziri Kir Starmerin populyarlığı indiə qədər ən aşağı səviyyəyə enib. “The Sunday Times”ın xəbərinə görə, vətəndaşların çoxu onun hökumətini keçmiş Mühafizəkarlar hökuməti qədər xaotik və qeyri-sabit hesab edir.“More in Common” tədqiqat mərkəzinin apardığı sorğu göstərir ki, insanların böyük əksəriyyəti Starmeri 5 milyard funt sterlinq dəyərində sosial müavinətlərin azaldılması planından geri çəkildiyinə görə tənqid edir. Maliyyə naziri Reyçel Rivzin parlamentdə yaşadığı emosional anlar və bu qərardan imtina ictimai etimadın daha da sarsılmasına səbəb olub.Sorğunun nəticələrinə görə, Baş nazirin təsdiq reytinqi -43-dür. Üstəlik, seçicilərin 70 faizi hesab edir ki, Leyboristlər hökuməti əvvəlki Mühafizəkar hökuməti qədər, bəzən daha çox qeyri-sabitdir.Ulusum.az

Diqqət Çəkənlər

İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO

Uzun öpüşlərin təhlükəsi: Herpes, göbələk, hepatit B və daha nələr

Vaşinqtondan mesaj: Silahlar azalıb, amma hələ təhlükə yoxdur

Chosen
15
11
ulusum.az

10Sources