Azertag saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Qvaladze Otari Rafaelyeviç,
Tutayuk Fərhad Xaspolad oğlu,
Quliyev Rauf Rəhim oğlu,
Rzayev Rəşid Şükür oğlu.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 4 iyul 2025-ci il
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.