EN

Bu il 9 bağça fəaliyyətə başlayacaq

Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Valyuta.az xÉ™bÉ™r verib ki, bu barÉ™dÉ™ Elm vÉ™ TÉ™hsil Nazirliyinin illik hesabatında mÉ™lumat verilib.

Qeyd olunub ki, ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.

Bildirilib ki, 2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın (2-si açılıb, 9 bağçanın açılması planlaşdırılır: ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub.

"Hazırda 7 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. Bunlardan 5 -i Abşeron, 1-i Kürdəmir, 1-i isə Qubadlı rayonunda yerləşir", - məlumatda qeyd olunub.

Chosen
9
5
valyuta.az

10Sources