EN

Ötən tədris ilində bakalavriat səviyyəsinə 59026 nəfər qəbul oldu

BAKI, 7 iyul. TELEQRAF

2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib.

Teleqraf xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin illik hesabatında əksini tapıb.

Qeyd olunub k, Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə (Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat və Turizm) 27 ixtisas üzrə həyata keçirilir. Növbəti illərdə Tibb və Aqrar elmlər fakültələrinin yaradılması planlaşdırılıb.

Həmçinin yeni yaradılmış ali təhsil müəssisəsi olan Türkiyə-Azərbaycan Universitetində də 2024-2025-ci tədris ilindən etibarən 3 ixtisas üzrə 84 tələbə qəbul olub və qəbul planı 97% yerinə yetirilib.

Hesabatda o da bildirilib ki, 2024–2025-ci tədris ilində bakalavriat səviyyəsinə 59026 nəfər, magistratura səviyyəsinə 14104 nəfər, doktorantura və dissentanturaya isə 982 nəfər qəbul olunub.

Bakalavriat səviyyəsində 13523 nəfər, magistratura səviyyəsində 3267 nəfər, (ümumi 16790 nəfər) texniki, texnoloji və innovasiya yönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olub.

SABAH qruplarına bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə 512 tələbə qəbul olub.

Chosen
10
29
teleqraf.com

10Sources