ADY-dən verilən məlumata görə, Eldar Adil oğlu Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.
E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.
“Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planı”nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumi planı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.
E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
10Sources
-
icma.azNaxçıvana dair Konstitusiya dəyişikliyi – DETALLAR ( 19059400)
-
bakivaxti.azNaxçıvana dair Konstitusiya dəyişikliyi DETALLAR ( 19058755)
-
bizim.mediaPutinin işdən çıxardığı nazirin meyiti TAPILDI ( 19036024)
-
moderator.azİşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib ( 19035862)
-
missiya.azİşdən çıxarılan rusiyalı nazir ( 19035661)
-
missiya.azİşdən çıxarılan rusiyalı nazir özünü güllələdi ( 19035502)
-
report.azİşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib ( 19035085)
-
hit.azLətif Zeynallıya dövlət qurumunda vəzifə verildi ( 19030369)
-
valyuta.azLətif Zeynallıya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində vəzifə verildi ( 19028764)
-
missiya.azPutin Rusiyanın nəqliyyat nazirini vəzifəsindən azad edib ( 19027021)