“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə yeni baş direktoru təyin edilib.
“Qafqazinfo” ADY-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Eldar Salahov gətirilib.
E. Salahov Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib. E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
Qeyd edək ki, Prezidentin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.