Bu gündən ali məktəblərin magistratura pilləsinəö ixtisas seçimi başlayır. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7-13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.
Dövlət İmthan Mərkəzindən Viral.az-a bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal
Son Yazılar:
- Bu gündən magistraturaya ixtisas seçimi başlayır
- Zaqatalada qəzada ölən ər-arvadın FOTOSU
- Qəzzada atəşkəsə dair danışıqların ilk raundu nəticəsiz başa çatdı
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunub.