EN

“Qərbi Azərbaycanın Səsi” layihəsi gənclərin tarixi və mədəni irsə marağını artırır

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanın Səsi” adlı layihə çərçivəsində keçirilən maarifləndirici seminarlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və Qərbi Azərbaycanla bağlı tarixi yaddaşı möhkəmləndirmək məqsədi daşıyır.

QHT.az xəbər verir ki, bu barədə Departasiya Qurbanları Cəmiyyəti İctimai Birliyin sədri Köçəri Nağıyev məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində 20 nəfər gənc və yeniyetmədən ibarət qrup yaradılıb və onlar üçün 4 mərhələli seminar proqramı təşkil olunub. Seminarların əsas mövzuları Qərbi Azərbaycanın tarixi, mədəni irsi, abidələri, adət-ənənələri və bu ərazilərdə yaşamış soydaşlarımızın hüquqi-sosial problemlərinin təhlilini əhatə edib.

Seminarlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Qərbi Azərbaycan haqqında real faktlara əsaslanan məlumatlar əldə edib, müzakirələr aparıb və qrup işləri vasitəsilə bu bilikləri praktik olaraq tətbiq ediblər. Bu təşəbbüs gənclərin tədqiqat bacarıqlarının inkişafına da müsbət təsir göstərib.

Layihənin ən vacib cəhətlərindən biri də ondan ibarətdir ki, gənclər seminarlar zamanı yalnız tarixi faktlarla tanış olmaqla kifayətlənməyib, həm də Qərbi Azərbaycanla bağlı ideyalarını, düşüncələrini təqdimatlar və çıxışlar vasitəsilə ifadə ediblər. Bu, onların vətəndaş mövqeyinin və ictimai fəallığının formalaşmasında mühüm rol oynayıb.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən bu layihə, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli bir addım olaraq qiymətləndirilir. Gənclərin göstərdiyi maraq və fəallıq isə layihənin nə qədər yerində və uğurlu olduğunu bir daha təsdiqləyir.

 

Chosen
2
50
qht.az

10Sources